"İstefa verib getməsəydim, komandaya təsirim olacaqdı, mən də bunu istəmədim"

3 Fevral 2024 15:00 Qəbələ 775
"İstefa verib getməsəydim, komandaya təsirim olacaqdı, mən də bunu istəmədim"

«İstefa verib getməsəydim, istər-istəməz komandaya təsirim olacaqdı, mən də bunu istəmədim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri vəzifəsindən istefa verən Nail Kərimov deyib.

Təcrübəli funksioner 18 il çalışdığı klubdan ayırlmaq barədə qərarı təsadüfən vermədiyini, bu ətrafda xeyli vaxtdır düşündüyünü gizlətməyib:

«Mən bir günün içində belə addım atmadım. Son illərdə işim əsasən birinci komandayla bağlı idi.

Qış fasiləsinə kimi fikirləşirdim ki, nələrisə düzəltmək mümkündür. Yeni ildən sonra nəticələr pis oldu, dedim ki, mən artıq getməliyəm.

Yaxınlarda saytınıza «komandanı bu vəziyyətdən çıxarmaq üçün bir neçə istiqamət üzrə işlər görüləcək» açıqlaması verəndə, həm Səbuhi Səfiyarlının idman direktoru təyin olunmasını, həm də özümün gedişini nəzərdə tutmuşdum».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA