“Ölmək lazımdırsa, öləcəyik! Söz verirəm ki... ” – ŞOK AÇIQLAMA

2 Fevral 2024 20:00 Qəbələ 1 502
“Ölmək lazımdırsa, öləcəyik! Söz verirəm ki... ” – ŞOK AÇIQLAMA

“Qəbələ”nin işləri hələ ki istədikləri kimi getmir.

Qış fasiləsinə sonuncu pillədə yollanan bölgə təmsilçisinin çempionatın ikinci yarısında vəziyyəti yaxşıya doğru dəyişəcəyinə ümid etsək, durum əvvəlki kimi qalmaqdadır.

Yeni ildə Premyer Liqada hər 2 oyundakı məğlubiyyət azarkeşlərin sayına və əhvalına da təsirsiz ötüşməyib. Onlar “Qəbələ”ni əvvəlki ruhda və turnir cədvəlində üst pillələrdə görmək istəyir.

Komandanın kapitanı Asif Məmmədov Sportinfo.az vasitəsi ilə fanatlara səslənərək onlara ümid verib:

“İnşallah, bu komandanı çempionatda saxlamaq, daha yaxşı yerler uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.

Ölmək lazımdırsa, öləcəyik. Təki “Qəbələ” yaşasın, azarkeşlərini sevindirsin.

Sizin vasitənizlə azarkeşlərə səslənib demək istəyirəm ki, belə vəziyyətdə daha çox dəstəyə ehtiyacımız var.

Bilirəm, incikdirlər, narahatdılar, onları çox yaxşı başa düşürəm. Amma iş belə gətiribsə, başqa çıxış yolumuz yoxdur.

Birlik nümayiş etdirib vəziyyətdən çıxmalıyıq. Stadionlarda azarkeşlərimizin sayı çox olsa, bu, bizə motivasiya verəcək.

Söz verirəm, Premyer Liqada qalmaq və ən yaxşısını etmək üçün nə lazımdırsa edəcəyik”.

“Qəbələ” 20 turdan sonra topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb. Əsas rəqib “Kəpəz” “qırmızı-qaralar”ı 3 xal qabaqlayır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA