Azərbaycanın tanınmış klubunda yeni sponsor! - SON DƏQİQƏ

2 Fevral 2024 16:00 Qəbələ 3 948
Azərbaycanın tanınmış klubunda yeni sponsor! - SON DƏQİQƏ

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Qəbələ»dən xoş xəbər var!

«Qırmızı-qaralar» maliyyə dayaqlarını gücləndirmək imkanı yaxalayıb.

Əyalət təmsilçisi hazırda iri şirkətlərdən biri ilə danışıqlar aparır. Tərəflər uzunmüddətli əməkdaşlığa dair müqavilə şərtlərini müzakirə edir.

Şərtlərin üst-üstə düşmək ehtimalı yüksəkdir. Belə olarsa, elita klubu böyük miqdarda vəsait əldə edəcək.

«Qəbələ» Premyer Liqanın 20 turu ərzində 14 xal toplayıb. Komanda bu göstərici ilə turnir cədvəlinin 10 – sonuncu pilləsində yer alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA