Bölgə təmsilçisi "nokaut"a düşdü - 6 nəfər oynamayacaq

2 Fevral 2024 16:40 Qəbələ 1 010
Bölgə təmsilçisi "nokaut"a düşdü - 6 nəfər oynamayacaq

“Qəbələ”nin dərdi bitmir ki, bitmir.

Qırmızı vərəqələrin bolluğu, zədəli futbolçuların çoxluğu, qol vəziyyətlərinin sağa-sola xərclənməsi komandanın sonuncu pillədə qərarlaşmasını şərtləndirib.

Qarşıdan “Zirə” ilə oyun gəlir ki, bu dəfə vəziyyət lap betər olacaq.

Bölgə təmsilçisi birdən-birə 5 futbolçunun xidmətindən yararlana bilməyəcək.

“Neftçi”ylə görüşdə qırmızı vərəqə ilə qovulan Zurab Oçiqava ilə Əyyub Allaş matçı kənardan izləyəcək.

Asif Məmmədov, Ürfan Abbasov, Gilad Abramov – bu futbolçuların da ötən oyunda sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüb.

Ahmed Ayzaya isə zədəli olduğu üçün zirəlilərə qarşı oynaya bilməyəcək.

Premyer Liqanın 21-ci turu çərçivəsində fevralın 4-də keçiriləcək “Qəbələ” – “Zirə” qarşılaşması saat 17:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA