"Azərbaycanda təklif gələndə tərəddüd etmədən razılaşdım" - Türkiyəli məşqçi

2 Fevral 2024 01:50 Qəbələ 916
"Azərbaycanda təklif gələndə tərəddüd etmədən razılaşdım" - Türkiyəli məşqçi

"Təklif gələndə tərəddüd etmədən razılaşdım".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qəbələ"yə məşqçi təyin edilmiş Çağlar Volqa deyib.

Türkiyəli mütəxəssis əvvəllər Azərbaycanda və "qırmızı-qaralar"da işləyən dostlarından xoş sözlər eşitdiyini bildirib:

"Ötən il ölkə kubokunu qazanmış, dost və qardaş ölkəmiz Azərbaycanın dəyərli "Qəbələ" ilə müqavilə imzaladığım üçün məmnunam, fəxr edirəm.

Azərbaycanda çalışmış Fatih Kavlakın vasitəsi ilə əlaqə yaratdıq. Açığı, mənə də maraqlı idi".

Çağlar Volqa Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu söyləyib:

"Burada mənə göstərilən hörmətdən, diqqətdən çox məmnunam. Mənə bu fürsəti yaratdıqları üçün klub prezidenti Fariz Nəcəfova, idman direktoru Səbuhi Səfiyarlıya təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, hər şey yaxşı olacaq. Azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı bildirirəm".

Çağlar Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb.

Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA