“Qəbələ” bu iclasdan 4500 manatlıq ziyanla çıxdı

1 Fevral 2024 23:20 Qəbələ 581
“Qəbələ” bu iclasdan 4500 manatlıq ziyanla çıxdı

AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Əyyub Allaşı ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XX turunun matçından sonra hakimi təhqir etməsi səbəb olub.

Belçikadan olan oyunçuya üç ay sınaq müddəti təyin edilib, "qırmızı-qaralar" isə 3000 manat cərimələnib.

Allaşın komanda yoldaşı Zurab Oçiqava birbaşa qırmızı vərəqə aldığı üçün bir görüşlük diskvalifikasiya olunub.

"Qəbələ" buna görə 800 manat ödəməlidir. Bundan əlavə, komandanın 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün bölgə klubu əlavə olaraq 700 manat ziyana düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA