“Qəbələ”dən getdi, hər şeyi “Sportinfo”ya danışdı

31 Yanvar 2024 20:20 Qəbələ 1 195
“Qəbələ”dən getdi, hər şeyi “Sportinfo”ya danışdı

Turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilməyən “Qəbələ”də istefa gerçəkləşdi.

2006-cı ildən bölgə təmsilçisində çalışan, 2021-ci ilin dekabrından baş menecer vəzifəsini tutan Nail Kərimov öz istəyi ilə klubdan ayrılmaq qərarını verdi.

Nail bəy Sportinfo.az-a müsahibəsində bir sıra sualları cavablandırdı ki, “Qəbələ”dən ayrılmaq istəyini bir müddət öncəyə planlaşdırdığını gizlətmədi.
- “Qəbələ”dən gedişiniz gözlənilməz oldu. Açığı, klub prezidenti Fariz Nəcəfovun gedişinizə qol çəkməyəcəyini düşünürdüm.
- Fariz müəllim sağ olsun, getməməyim üçün çox israr etdi. Amma mən öz qərarımı vermişdim və bunu dəyişmıək fikrində deyildim. Getmək istəyində olduğumu “Sumqayıt”la oyundan sonra bildirmişdim.

- Əsas səbəb nə idi?
- Komandanın uğursuz nəticələri. Düşündüm ki, mənim gedişimlə vəziyyət yaxşıya doğru dəyişə bilər.

- “Qəbələ” çempionatın ilk yarısında da uğursuz təsir bağışlayırdı. Niyə məhz indi?
- Əslində, çoxdan getmək istəyirdim.

- Nə vaxt? “Qəbələ” ölkə kubokunu qazanandan, yoxsa avrokubok mübarizəsini dayandırtandan sonra?
- Xeyr, cari mövsümün gedişində. Düşünürdüm ki, qış fasiləsindən sonra vəziyyətin düzəlmək ehtimalı çoxdur. Komanda “Sumqayıt”a da məğlub olandan sonra qərarımı qətiləşdirdim.

- Vəziyyətin bu cür olmasında Nail Kərimovun günahı nədir?
- Baş menecerəmsə, klubda bir çox məsələlərə cavabdehlik daşıyıramsa, günahın mənim payıma düşən hissəsini üzərimdən ata bilməzdim.

- İstefanızın Səbuhi Səfiyarlının təyinatı ilə əlaqəsi var?
- Xeyr, zərrə qədər də yoxdur. Dediyiniz təyinat mən qərarımı bildirəndən sonra reallaşıb. Əksinə, rəhbərliyə özüm təklif etmişdim ki, mən gedirəm, yerimə kluba, komandaya kömək edəcək şəxs təyin olunsun.

- Klubda qalıb, akademiyaya nəzarət etmək, başqa öhdəlikləri daşımaq olardı.
- Klubda qalsaydım, görəcəyim işlər yenə əsas komanda ilə bağlı olacaqdı. Buna ehtiyac duymadım.

- Komanda Premyer Liqada qalsa, kubokda uğur qazansa, qayıdışınız mümkündür?
- Hadisələri qabaqlamağı sevmirəm. Bu günə olan vəziyyət bildiyimiz kimidir. Gələcəkdə nə olacağını indidən heç kim deyə bilməz.

- Təkliflər var?
- Telefona indi baxıram. Kifayət qədər zənglər gəlib, növbə ilə geridönüş edirəm.

- Klublardan zəng edənlər var?
- İlk növbədə media nümayəndələrinin buraxılmış zənglərini cavablandırıram. Daha sonra digər zənglərə baxacağam.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA