"Qarabağ"dan bura dəvət etdik, "gəlirəm" dedi - AÇIQLADI

31 Yanvar 2024 14:40 Qəbələ 2 384
"Qarabağ"dan bura dəvət etdik, "gəlirəm" dedi - AÇIQLADI

«Mənə yeni köməkçilər lazım idi, bunu da rəhbərliyə demişdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O bildirib ki, Rakif Əliyevdən sonra daha bir yardımçının yolunu gözləyir:

«Rakifi çoxdan tanıyıram. Əvvəl «Qəbələ»nin akademiyasında işləyib.

Onu analitik «Qarabağ»dan bura dəvət etdik, «gəlirəm» dedi. Təcrübəsi var, işləməyə həvəslidir.

Ümid edirəm ki, bizə çox köməyi dəyəcək. Premyer Liqada çıxış edən bir komanda üçün dörd məşqçi azdır.

Rakifə kimi yalnız Xaqani Məmmədov, Rasim Ramaldanov və Vüqar Məmmədovla işləyirdim. Bundan sonra mənə fiziki hazırlıq üzrə bir köməkçi də lazımdır.

Bir neçə namizəd var, hazırda onlarla danışıqlar aparılır. Namizədlər arasında İspaniya və Türkiyədən olanlar var.

Hansıyla razılaşsaq, onunla da yaxın günlərdə müqavilə bağlayacağıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA