"Neftçi"yə uduzdular, onların səbr kasası daşdı: "Rədd olub gedin" - VİDEO

31 Yanvar 2024 15:00 Qəbələ 2 253
"Neftçi"yə uduzdular, onların səbr kasası daşdı: "Rədd olub gedin"  - VİDEO

“Qəbələ” bu dəfə də meydanı məğlub tərk etdi.

2024-cü ilin ilk matçında “Sumqayıt”a 0:1 hesabı ilə uduzan bölgə təmsilçisi Premyer Liqanın 20-ci turunda “Neftçi”yə boyun əydi – 1:3.

Qonaqları “Neftçi Arena”da “Red Black Army” azarkeş qrupunun təxminən 30 nəfərdən ibarət üzv dəstəkləyirdi. Qəbələli fanatlar əvvəldən sonra qədər sevimli komandalarına lazımi dəstəyi verdilər.

Lakin növbəti dəfə məğlubiyyətlə barışacaqlarını anlayanda bu dəfə dözmədilər. Arxalarını meydana çevirib “formanı çıxarıb, rədd oliub gedin” şüarını ayrı-ayrı dəqiqələrdə iki dəfə səsləndirməklə hirslərini soyutmağa çalışdılar.

İndiyə qədər sakit və təmkinli görməyə alışdığımız “Qəbələ” azarkeşlərinin düşdüyü vəziyyəti anlamaq çətin deyil. Görünür, çıxış yolunu bu cür etiraz etməkdə görürlər.

Bölgə təmsilçisi növbəti matçını “Araz-Naxçıvan”a qarşı keçirəcək. Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq duel yanvarın 31-də, saat 16:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA