«Qəbələ» yeni məşqçi axtarışındadır.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan əyalət təmsilçisi fiziki hazırlıq üzrə mütəxəssis gətirmək niyyətindədir.
Hazırda iki namizəd var. Onlardan biri ispaniyalı, digər isə türkiyəlidir.
«Qırmızı-qaralar»ın çalışdırıcısı Elmar Baxşıyev bugünlərdə korpusunu yerli köməkçi ilə gücləndirib.
O, əvvəllər klubun akademiyasında çalışması, son iş yeri «Qarabağ»ın U-15 komandası olan Rakif Əliyevi yardımçıları siyahısına daxil edib.
SPORTİNFO.AZ

