Futbolçuları bu komandanı qəsdənmi uduzdurur?

30 Yanvar 2024 15:00 Qəbələ 827
Futbolçuları bu komandanı qəsdənmi uduzdurur?

«Qəbələ» dərin böhran içinlədir.

Təlatümlü dönəmdən keçirlər.

Səkkiz aydır davam edən çöküş komandanı turnir cədvəlinin dibinə çökdürüb.

Ən yaxın izləyiciləri olan «Kəpəz» qarşıdakı 2-3 turda da xal, yaxud xallar qazansa, «Qəbələ» ruhən tamamilə təslim olacaq.

Uçurumun biraddımlığındadırlar. Komandanın oyununda hər şey var, heç nə yoxdur.

Bəla da elə bundadır. Oynayıb uduzmaqdan pis bir şey tapa bilməzsən.

Elmar Baxşıyev bəlkə də futbolçuları cəzalandırmaqdan, cərimələməkdən yorulub, lakin onlar yenə öz «amplua»sındadır.

«Qəbələ» ötən mövsümün ən intizamsız iştirakçısı olaraq adını tablolara yazdırdı. Sarı və qırmızı vərəqə «bolluğ»u ümumi dəyərlərdən uzaq düşməyin göstəricisidir.

Mən təklif edirəm ki, klub rəhbərliyi araşdırmaya başlasın.

Qoy öyrənsinlər ki, komandanı azlıqda, çətin vəziyyətdə buraxıb vaxtından əvvəl paltardəyişmə otağının yolunu tutan oyunçular bunu qəsdən eləyir, ya yox.

Açığı, mən əksər hallarda bu kimi halların təsadüfən qaynaqlanmadığı qənaətindəyəm. Kaş yanılım! Amma izlədiyim oyunlarda şahidi olduğum mənzərə budur - lazımsız yerə qovulmalar.

Sanki bukmeyker kontorlarının əli var burada. «Qumar»ın «qolları» uzundur: tək məğlubiyyətə, qələbəyə görə deyil, həmçinin dəqiqələr üzrə qırmızı vərəqələrin alınmasına da pul qoyuluşu qəbul edilir.

Kim qol vuracaq, kim avtoqola imza atacaq, kim penalti zərbəsini yerinə yetirəcək - bunlar da pul qazanmağın yollarındandır.

«Neftçi» ilə qarşılaşan «Qəbələ» oyun komponentləri sarıdan onlardan geri qalmadı.

Meydana ağırlıq qoydular, xeyli təhlükəli epizod yaratdılar, mübarizə apardılar, səviyyə fərqini bunun hesabına sığortaladılar.

Zurab Ociqava 5 dəqiqə içində «qırmızı» almasaydı, nəticə tam fərqli ola bilərdi.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA