"İşləri yoluna qoyacağıma inanmıram, daha bacarmıram" – ŞOK İSTEFANIN PƏRDƏARXASI!

30 Yanvar 12:40 Qəbələ 1 089
"İşləri yoluna qoyacağıma inanmıram, daha bacarmıram" – ŞOK İSTEFANIN PƏRDƏARXASI!

"Qəbələ" İdman Klubu baş meneceri Nail Kərimovla vidalaşıb.

Bu barədə "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Kərimovun öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib:

"Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalarımız dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb,

U-19 avrokuboklarda mübarizə aparıb. Kərimov baş menecer kimi klubumuzla Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.

"Qəbələ" İK öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır".

Bu ayrılıqla bağlı maraqlı məlumat əldə etmişik. Redaksiyamıza bildirilib ki, getmək qərarı N.Kərimovun özünə məxsusdur.

Yarandığı gündən burada çalışan təcrübəli funksioner "Sumqayıt"la matçdan sonra prezident Fariz Nəcəfov və məşqçilər korpusu ilə görüşərək, klubla vidalaşmaq niyyətində olduğunu söyləyib.

O, buna səbəb kimi komandanın zəif çıxışını və Premyer Liqada turnir cədvəlinin son pilləsində qərarlaşmasını göstərib.

"Mən vəziyyətin belə hal alacağını gözləmirdim və indi çox yorulmuşam, işləri yoluna qoyacağıma inanmıram, daha bacarmıram" söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"