“Haramınız olsun!”, “Go out!” – Stadionda etiraz səsləri eşidildi

29 Yanvar 23:40 Qəbələ 529
“Haramınız olsun!”, “Go out!” – Stadionda etiraz səsləri eşidildi

“Qəbələ” üçüncü dövrəyə məğlubiyyətlə başladı.

Bölgə təmsilçisi yanvarın 23-də “Sumqayıt”a penaltidən buraxılan yeganə qolla boyun əydi.

Sevimli komandasını dəstəkləmək üçün tribunadakı yerini tutan “Red Black Army”nin üzvləri matçın sonlarına qədər lazım olan dəstəyi verməyə çalışdılar. Sayları az - 25-30 nəfər təşkil etsə də, varlıqları hiss olunurdu.

Lakin hakimin final fitini gözləmədilər. Hakimin final fitinə bir neçə dəqiqə qalmış etiraz olaraq tribunanı tərk etdilər. Heç bir şüar səsləndirmədən, etiraz etmədən.

Onların etməsə də, sıravi azarkeşlər susmaq fikrinə deyildi. Futbolçular paltardəyişmə otağının yolunu tutanda ayrı-ayrı şəxslərdən etiraz atmacaları eşidildi:

“Haramınız olsun!”, “Rədd olub gedin!”, “Go out!” (tərk edin).

Təbii, asayiş keşikçiləri iş başındaydı və bu cür ifadələrin qarşısını almağa çalışırdılar.

Azarkeşlər polisləri etirazı anlayışla qarşılamağa çağırdığı kimi, “poqonlular” da özlərini başa düşməyi təklif edirdi. Ki, stadionda qeyri-etik ifadələr işlətmək olmaz, etirazı bu formada bildirmək qəbulolunmazdır və sair.

Qısası, fanatların səbr kasası dolub. Bu cür davam etsə, ya olan-qalan 50-100 nəfər də yoxa çıxacaq, ya da etiraz şüarları baş qaldıracaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"