"Bakı bəlkə də karyeram ərzində yaşadığım ən yaxşı şəhərlərdən biridir"

29 Yanvar 14:20 Qəbələ 464
"Bakı bəlkə də karyeram ərzində yaşadığım ən yaxşı şəhərlərdən biridir"

“Azərbaycanda keçirdiyim iki ili böyük məmnunluqla xatırlayıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qəbələ”də çıxış etmiş Estoniya millisinin futbolçusu Sergey Zenyov Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.

34 yaşlı hücumçu ölkəmizin və formasını geyindiyi klubun xoş sözlərə layiq olduğunu bildirib:

“Azərbaycan möhtəşəm ölkədir. Bakı isə bəlkə də karyeram ərzində yaşadığım ən yaxşı şəhərlərdən biridir. Xoşbəxtəm ki, ölkənizdə səmimi dostlar qazandım”.

Təcrübəli forvard “Qəbələ”nin heyətində keçirdiyi oyunları unuda bilmədiyini söyləyib:

“Bu komanda ilə tarixi nəticələr əldə etdik. Ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq.

Bir çox güclü rəqiblərə qalib gəldik. Məğlub edə bilmədiyimiz klublarla isə maraqlı oyunlarımız oldu.

Təəssüf ki, Azərbaycan Premyer Liqasında çempionluğa yaxın olsaq da, bu titulu qazana bilmədik”.

O, Avropa Liqasında Almaniyanın “Borussiya” (Dortmund) klubuna qarşı keçirdikləri oyunu xüsusi fərqləndirib:

“Bütün matçlarımız gözəl alınırdı. Lakin ən maraqlısı Dortmund “Borussiya”sına qarşı səfərdə keçirdiyimiz görüş olmuşdu.

“Siqnal İduna Park” stadionunda 70 min azarkeş möhtəşəm atmosfer yaratmışdı”.

S. Zenyov “Qəbələ”dəki ən yaddaqalan qolunu da açıqlayıb:

“Bütün qollarım maraqlı idi. Ancaq birini xüsusi qeyd edə bilərəm. Bu, 2015-ci ildə Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda Serbiyanın “Çukariçki” klubuna vurduğum iki qoldur. S

əfərdəki matçda 0:1 hesabı ilə uduzsaq da, Azərbaycanda keçirilən qarşılaşmada rəqibi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmışdıq”.

2015-2017-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Sergey Zenyov 74 matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"