“Bu təklifə “yox” deyə bilməzdim“ - Yeni idman direktoru

28 Yanvar 01:10 Qəbələ 940
“Bu təklifə “yox” deyə bilməzdim“ - Yeni idman direktoru

“Çox qısa zamanda razılıq əldə olundu və təyinatım rəsmiləşdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ”yə idman direktoru təyin olunan Səbuhi Səfiyarlı deyib.

Daha əvvəl bölgə təmsilçisində menecer kimi çalışdığını xatırladan funksioner “Qəbələ”nin özü üçün yad yer olmadığını bildirib:

“Təklifə “yox” deyə bilməzdim. Çünki bu, çətin vəziyyətdə olan komandaya hörmətsizlik olardı”.

O, hazırkı vəziyyətdə komandada köklü dəyişikliyə ehtiyac olmadığını söyləyib:

“Komandaya inanmasaydım, buraya qayıtmazdım. Futbolçuları turnir cədvəlinin son pilləsindən xilas ola biləcəyimizə inandırmalıyıq.

Hələlik yeni transfer nəzərdə tutulmur. Məqsəd “Qəbələ”ni yaxşı yerlərə qaldırmaqdır”.

Səbuhi Səfiyarlı 2013-2019-cu illərdə “Qəbələ”də menecer kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"