Azərbaycan təmsilçisinin yeni transferi bu gün gəlir

27 Yanvar 19:00 Qəbələ 2 771
Azərbaycan təmsilçisinin yeni transferi bu gün gəlir

“Neftçi”ylə oyuna hazırlaşan “Qəbələ”də zədəlilərin durumu hələ dıə ürəkaçan deyil.

Ötən mövsüm sıradan çıxan Feras Abu Akal İsraildən Azərbaycana qayıdıb məşqlərə start versə də, oynamağa hazır deyil. Yarımmüdafiəçi itirdiyi gücü bərpa etmək üçün bir müddət çalışmalıdır.

Ahmed Ayzaya da müalicəsini davam etdirir. Zədəsini tam sağaltması, kollektiv məşqlərə başlaması müəyyən vaxt alacaq.

Sevindirici xəbər Klesio Baukla bağlıdır. Mozambik millisinin heyətində Asiya Kubokunda iştirak etmiş yeni transfer bölgə təmsilçisinə qoşulmalıdır.

29 yaşlı futbolçu bu gün Bakıda olacaq. Lakin “Neftçi”yə qarşı oynamayacaq.

“Sumqayıt”la görüşdə cəzalı durumda olduqları üçün meydana çıxmaqdan məhrum olan Rauf Hüseynli ilə Samuel Tetteh “ağ-qaralar”a qarşı mübarizə apara biləcək. Hər ikisinin cəzası başa çatıb.

Əvəzində, Lukas Afriko ötən matçda aldığı dördüncü “sarı”ya görə kənarda qalmaq məcburiyyətindədir.

Yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"