“Bizim üçün çox ağırdır, çətin vəziyyətdəyik” – Bıçaq sümüyə dirənib

27 Yanvar 17:20 Qəbələ 391
“Bizim üçün çox ağırdır, çətin vəziyyətdəyik” – Bıçaq sümüyə dirənib

“Çox yaxşı təlim-məşq toplanışı keçmişdik.

Əhval-ruhiyyə də əla idi.

Düşünürdük ki, çempionatın ikinci yarısına qələbə ilə başlayarıq. Buna ümidim çox idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Murad Musayev “Sumqayıt”a məğlubiyyət barədə danışarkən deyib.

Bölgə təmsilçisi meydan sahibi qismində pis təsir bağışlamırdı. Hər iki komandanın qol şansları olsa da, ikinci hissənin gedişində penaltidən fərqlənən “kimyaçılar” yeganə qolla istəyinə çatdı.

Muradın fikrincə, oyunun taleyini hakimin qərarı həll edib. Buna baxmayaraq, bəzi futbolçuların dönüşündən sonra vəziyyətin düzələcəyinə ümid etdiyini də gizlətməyib:

“Əslində, ideal olmasa da, normal futbol oynayırdıq, lazım olanı edirdik. Qola qədər “Sumqayıt” ciddi təhlükə yaratmamışdı. Birinci hissədə bir eal qol vəziyyətləri oldu, vəssalam.

Ən pis halda heç-heçə başa çatmalı oyun idi. Penalti epizoduna gəlincə, ciddi qayda pozuntusu yox idi. Hakim penalti verməyə də bilərdi.

Bizim üçün çox ağırdır, çətin vəziyyətdəyik. Düşünürdük, qış fasiləsindən sonra qələbə ilə başlayıb, davamını gətirərik.

Alınmadı. Qarşıda daha ağır matçlar gözləyir bizi. Psixoloji gərginliyi atmasaq, işimiz çətin olacaq.

Klesio Bauk komandaya qoşulsun, Feras Abu Akalla Ahmed Ayzaya zədədən qayıtsın, Rauf Hüseynli ilə Samuel Tettehin cəzası başa çatsın, fikrimcə, yaxşı olacaq”.

“Qəbələ” 19 turdan sonra topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb.

Bölgə təmsilçisi yanvarın 28-də “Neftçi”nin qonağı olacaq.

HƏBİB ə

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"