Tanınmış funksioner keçmiş klubuna qayıtdı, idman direktoru təyin olundu

27 Yanvar 2024 13:00 Qəbələ 831
Tanınmış funksioner keçmiş klubuna qayıtdı, idman direktoru təyin olundu

“Qəbələ” klubunda yeni təyinat reallaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məluma yayıb.

Səbuhi Səfiyarlı klubun idman direktoru vəzifəsinə təyin olunub. S.Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.

Səbuhi Səfiyarlı bundan əvvəl də "Qəbələ"də müxtəlif vəzifələrdə çalışıb. O, Roman Qriqorçuk komandaya rəhbərlik etdiyi dövrdə klubun meneceri kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti