Azərbaycan klubunun yeni transferinə qovuşacağı tarix məlum oldu - SON DƏQİQƏ

26 Yanvar 17:20 Qəbələ 1 686
Azərbaycan klubunun yeni transferinə qovuşacağı tarix məlum oldu - SON DƏQİQƏ

"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı Klesiu Baukun komandaya qoşulacağı tarix məlum olub.

Mozambik millisinin üzvü 27 yanvar tarixində "qırmızı qaralar"ın düşərgəsində olacaq.

Baukun sabiq komandasına gec qoşulmasına səbəb millisinin Fil Dişi Sahilində keçirilən Afrika Millətlər Liqasında iştirakı idi.

Mozambik millisi Misir, Qana, Kobe Verde yığmalarının qərarlaşdığı B qrupunda sonuncu pilləni tutaraq turnirlə vidalaşıb.

Qrup mərhələsi 22 yanvar tarixində başa çatıb.

Futbolçu bəs niyə 5 gün sonra geri dönəcək?

Buna səbəb Afrikalının birbaşa Bakıya dönüş etməsinin alınmamasıdır.

O, öncə vətəninə gedib və oradan yuxarıda göstərilən tarixdə Azərbaycana yola düşəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"