"Qəbələ" həm özünü məhv edir, həm də... BÖYÜK TƏHLÜKƏ!

24 Yanvar 23:00 Qəbələ 399
"Qəbələ" həm özünü məhv edir, həm də... BÖYÜK TƏHLÜKƏ!

"Qəbələ" bəlkə də ölkədə yeganə komandadır ki, onun uğurunu azarkeşi olmayan şəxslər belə istəyir.

Yüksək liqada qalmasını isə bütün futbol ictimaiyyəti arzu edir.

Adıçəkilən kluba belə sayğı səbəbsiz deyil.

Komandanın sahib olduğu çox yaxşı infrastrukturu var.

Təmsil etdiyi şəhərdə uzun illərdi haqqında hamının xoş sözlər dediyi futbol akademiyası yerləşir.

Azərbaycan futbolunun təməl bəlası da məhz infrastruktur və akademiyaların yoxluğu / zəif fəaliyyətidir.

"Qəbələ"də bunun ikisi də yaxşı mənada öz varlığını yaşadır.

Amma real təhlükə qapıdadır. Hamımıza yaxşı məlumdur ki, ölkə reallığında A komandası yüksək liqada olmadıqdan sonra nə normal infrastruktur saxlamaq mümkündür, nə də normal akademiya.

Əsas komanda da uğursuz çıxışına davam edir.

Kollektiv Premyer Liqanın üçüncü dövrəsinə də məğlubiyyətlə başladı.

Artıq sonuncu pillənin şərikli yox, tək sahibi var - "Qəbələ".

"Qırmızı qaralar" heç cür toparlana bilmir.

Ötən mövsüm bölgə təmsilçisini ölkə kubokunun qalibi edən Elmar Baxşıyev hazırda sonuncu pillədən xilas etməkdə çarəsiz görünür.

Məğlubiyyətlər sıralandıqca daxili ab-hava da korlanır.

Sona yaxınlaşdıqca olan-qalan ümidlər tükənir.

Ümidlər "Kəpəz"ə idi. Ki, ən azı onları qabaqlayıb, liqada qalmaq mümkün olacaq.

Adil Şükürovun gəlişindən sonra "Kəpəz" də uğurlu qrafik cızmaqdadır.

Bir sözlə, heç nə "Qəbələ" istəyən kimi getmir.

Hə, azarkeşlər, futbol ictimaiyyəti klubun "qara zolaq"dan çıxmasını arzun edə bilər.

Amma bu işlər arzu ilə yox, meydanda həll olunur.

Kollektiv əlini daşın altına qoyub, işıqlı sabaha addım atmasa bu komandanın hələ daha ağır günləri qarşıda kimi görünür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"