“Qəbələ”nin hər ay 10 min manatı hara gedir?

23 Yanvar 21:20 Qəbələ 1 187
“Qəbələ”nin hər ay 10 min manatı hara gedir?

“Kəpəz”lə “Turan Tovuz” arasında Qəbələdə keçirilən oyunda meydanın vəziyyətini mütləq ki, gördünüz.

Yanvar ayında havanın hərarəti kifayət qədər aşağı düşüb.

Şaxtalı hava və aramsız yağntılar yaşıl sahələrə təsirsiz ötüşmür. Oyun günü də yağışın yağdığını nəzərə alsaq, qazonun durumu göz oxşayırdı.

Ümumiyyətlə, ilin dörd fəslində Qəbələ şəhər stadionunun durumu ideal vəziyyətdə olur. İstər kəskin istilərdə olsun, istərsə də şaxtalı və qarlı havada.

Bunun səbəbi meydanın isitmə və drenaj sisteminin olmasıdır. Qazon sutkaboyu nəzarətdə saxlanılır ki, isitmə sistemi havanın hərarətinə uyğun nizamlanır.

Lakin qaz təchizatı kifayət qədər vəsait tələb edir. Nə qədər?

Kəskin şaxtalı aylarda – dekabr, yanvar, fevralda 8-10 min manat.

Mart, aprel, oktyabr və noyabrda isə aylıq 3-4 min manat. Bu, il ərzində təxminən 35-45 min manat edir.

Qazonun sağlam qalması üçün alınan gübə və vitamınlər, işçi qüvvəsinə verilən maaşı da nəzərə alsaq, ortaya kifayət qədər ciddi rəqəm çıxır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti