“Azərbaycanda öncə müəyyən çətinliklər yaşadım, indi həzz alıram”

23 Yanvar 01:00 Qəbələ 303
“Azərbaycanda öncə  müəyyən çətinliklər yaşadım, indi həzz alıram”

“Rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin legioneri Lukas Afriko “abola.pt” saytına açıqlamasında deyib.

Mövsümün əvvəlində “qırmızı-qaralar”a keçən braziliyalı müdafiəçi Azərbaycana və futbolumuza uyğunlaşdığını bildirib:

“Azərbaycanda mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və evimin yaxınlığında qalan bəzi braziliyalılarla tanış olmağım işimi asanlaşdırdı.

Yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm. Burada futbol bir az fərqlidir.

Yaxşı komandalar, güclü oyunçular var. Beş ili Portuqaliyada keçirdim, Avropa futboluna öyrəşmişəm. Ancaq Azərbaycan da geri qalmayıb”.

Premyer Liqada ilk yarının bütün oyunlarında iştirak edən Lukas Afrikonun hesabında 1 qol var.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"