Başı dərddən açılmayan elita təmsilçisi yenə çətin duruma düşdü

22 Yanvar 2024 20:40 Qəbələ 735
Başı dərddən açılmayan elita təmsilçisi yenə çətin duruma düşdü

Premyer Liqanın 19-cu turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” meydana ciddi itkilərlə çıxacaq.

Bölgə təmsilçisi zədəli Ahmed Ayzayanın xidmətindən yararlana bilməyəcək.

Zədədən yeni qayıdan Zurab Oçiqava kollektiv məşqlərdə iştirak etsə də, uzun müddət yaşıl meydanlardan kənar qalması bu dəfə “11-lik”də yer almasını əngəlləyir.

Dərd bununla bitmir.

Əsas heyət üzvləri sayılan Samuel Tettehlə Rauf Hüseeynli cəzalı durumdadır. Samuel “Səbail”lə görüşdə aldığı “qırmızı”nın bədəlini ödəyirsə, Rauf sarı vərəqə limitini doldurub.

Yanvarın 23-də Qəbələdə baş tutacaq “Qəbələ” – “Sumqayıt” qarşılaşması saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA