Bölgə klubunda ümidləri alt-üst edən əcnəbi kimdir?

22 Yanvar 23:00 Qəbələ 460
Bölgə klubunda ümidləri alt-üst edən əcnəbi kimdir?

"Qəbələ"nin yayda böyük ümidlərlə heyətinə qatdığı futbolçulardan biri də Ahmed Ayzaya olmuşdu.

Ötən mövsüm Tərlan Əhmədovun rəhbərliyi altında "Kəpəz"də əla mövsüm keçirən nigeriyalını futbol ictimaiyyəti arasında yayda əsas heyət üzvlərinin çoxunu itirən "qırmızı qaralar"ın yeni lideri kimi görənlər az deyildi.

Elə ilk matçlardaca bunun işartılarını aydın seçmək olardı.

UEFA Konfrans Liqasının təsnifat mərhələsinin "Omoniya" ilə görüşlərdə (2:3, 1:4) meydanın ən yaxşısı o idi.

Təmsilçimizin səfərdəki yeganə qolunu uzaqdan vurduğu baxımlı zərbə ilə adına yazdıran yarımmüdafiəçinin Qəbələdəki görüşdə sevinməsinə iki dəfə dirək mane olmuşdu.

Gözləmək olardı ki, Ayzaya fırtınası liqa matçlarında daha təhlükəli olacaq.

Amma biz saydığımızı sayaq, gör, afrikalı nə(lər) sayır.

Futbolçu arxada qalan 18 turun 14-də meydanda olub.

Digər 4 matçı zədə səbəbindən buraxıb.

"99 nömrə" 18 görüşdə şans aldığı 1071 dəqiqə ərzində adına nə bir qol yazdıra bilib, nə də qol ötürməsi.

Yalnız aldığı 3 sarı vərəqə ilə "yadda qalıb".

Meydanın dərinliklərindən topu sivir uca çatdıran, texniki bacarıqları hesabına hücumlara sürət qatan, rəqibin hücumlarını məharətlə dəf edən Ayzayadan əsər-əlamət qalmayıb.

Meydanda əksər vaxt sadəcə top alıb-verməsi ilə yadda qalır. O da yaxın məsafədə.

Bilirik ki, Elmar Baxşıyevin oynatdığı futbolda Ayzayanın yeri "açar" rolunu oynayır.

Rəqibin "oyun qıfılın"ı açmaq məhz Ayzaydan keçir.

Onun da "açarı pas atdısa" komandanın gününə yazıq olur.

Ümid qalır mövsümün ikinci yarısı həmin açarı pasdan təmizləməyə.

Bu, nə qədər mümkün olacaq-olmayacaq, bax onu növbəti iki dövrə özü göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"