Azərbaycan klubu gecə həyatına aludə olan legioner barədə bu qərarı verdi

19 Yanvar 2024 15:00 Qəbələ 2 754
Azərbaycan klubu gecə həyatına aludə olan legioner barədə bu qərarı verdi

«Qəbələ» Ahmed Ayzayanı böyük miqdarda cərimələyib.

Səbəbi maraqlıdır - onun gecə həyatına hədsiz bağlanması.

İdmançı rejiminə əməl etməyən, bu səbəbdən tez-tez zədə alan nigeriyalı legionerin hərəkətləri Elmar Baxşıyevi boğaza yığıb.

Baş məşqçi xəbərdarlıqlarına məhəl qoymayan yarımmüdafiəçinin başqa yolunu tapmayıb, onun cərimələnməsi üçün rəhbərliyə raport verib.

Azərbaycan klubu gecə həyatına aludə olan legioner barədə bu qərarı verdi

«Qırmızı-qaralar» 29 yaşlı Ayzaya ilə 1 illik müqavilə imzalayıb. Nigeriyalı ötən mövsüm “Kəpəz”in formasını geyinib.

Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA