AFFA 3000 manatı “Qəbələ”yə keçmədi, intizamsız hücumçunun cəzasını azaltmadı

18 Yanvar 01:50 Qəbələ 269
AFFA 3000 manatı “Qəbələ”yə keçmədi, intizamsız hücumçunun cəzasını azaltmadı

AFFA “Qəbələ”nin qanalı hücumçusu Samuel Tettehin cəzasını azaltmayıb.

Sportinfo.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə alan 27 yaşlı forvard üçün klubu apellyasiya şikayəti versə də, bu, təmin edilməyib.

Həmçinin “Qəbələ” 3000 manat cərimə ödəyəcək.

“Qırmızı-qaralar” Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"