Belçikadan qayıtdı, qol vurdu, “inşallah” dedi

17 Yanvar 21:20 Qəbələ 587
Belçikadan qayıtdı, qol vurdu, “inşallah” dedi

Qış fasiləsini vətəndə keçirməyi üstün tutan komandalardan biri “Qəbələ” oldu.

Doğma şəhərdə hazırlıq keçən bölgə təmsilçisi yoldaşlıq görrüşləri keçirməyə də imkan tapdı.

Elmar Baxşıyevin yetirmələri ilk matçda “Kəpəz”ə 0:2 hesabı ilə məğlub olsa da, ikinci oyunda “Araz-Naxçıvan”ı üstələdi.

Komandanın aparıcı simalarından olan belçikalı yarımmüdafiəçi Əyyub Allaş Sportinfo.az-a açıqlamasında təlim-məşq toplanışını dəyərləndirib:

“Hazırlığı komandamızın adına müsbət hesab edirəm. Kollektiv şəkildə gərgin məşqlərdə iştirak etməklə çatışmazlıqları aradan qaldırmağa, məşçilər heyətinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq.

Yoldaşlıq görüşlərini fiziki yüklənmələr fonunda keçirdik. Məqsəd istirahətdən sonra fiziki hazırlığı ən yüksək səviyyəyə çatdırmaq idi.

“Araz-Naxçıvan”la qarşılaşmada fikrimcə, gözəl oyun sərgilədik. Qol vurmağım da öz adıma xoş hal idi.

Toplanışın yekununda kollektivdə xoş əhval-ruhiyyə var. Pozitiv şeylərə köklənmişik. İnşallah, 2024-cü ilə uğurlu nəticələrlə başlayarıq”.

“Qəbələ” Premyer Liqanın 19-cu turu çərçivəsində doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Yanvarın 23-də keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"