"Hələlik onu almışıq, daha bir futbolçu ilə güclənmək istəyirik"

17 Yanvar 03:10 Qəbələ 432
"Hələlik onu almışıq, daha bir futbolçu ilə güclənmək istəyirik"

Qış hazırlıq dönəmini Azərbaycanda keçirən "Qəbələ” toplanışı başa vurub.

Komanda artıq qarşıdan gələn, ayın 23-də Qəbələ şəhər stadionunda baş tutacaq "Sumqayıt”la matça köklənib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev qaynarinfo-ya açıqlamasında komandasının hazırlığını və durumunu dəyərləndirib:

"Planımızda nə var idisə, onun üzərində dayandıq. Toplanışı başa vurduq. İki yoxlama oyunu keçirdik, istədiyimiz kimi alındı. Futbolçuları "yük” altında görmək önəmli idi. Hər birinə şans verildi. Komandanın mövsümün qalan hissəsinə nə qədər hazır olduğunu oyunlar göstərəcək. Məşq prosesində futbolçular verdiyimiz tapşırıqları maksimum yerinə yetirirdi. Düşünürəm ki, oyundan-oyuna optimal formaya yaxınlaşacaqlar”.

"Qəbələ” mövsümün qalan hissəsinə hazırlıq dönəmində hələlik bir transferlə kifayətlənib. O da elə vaxtilə bu klubda çıxış etmiş Klesio Baukdur. Baxşıyev mozambikli futbolçunun komandaya güc qatacağını düşünür:

"Hələ ki, Klesio Bauku almışıq. Daha bir futbolçu ilə güclənmək istəyirik. Lakin bu barədə dəqiq heç nə yoxdur. Hücumameyilli futbolçu axtarırıq. Baukun durumuna gəlincə, komandaya ayın 23-ü qoşulacaq. Çünki hazırda Mozambikin heyətində Afrika Millətlər Kubokunda çıxış edir. Bizim üçün yeni sima deyil. Düşünürəm ki, uyğunlaşma prosesi rahat olacaq. Sərfəli şərtlər olsa da, transfer alına və ya alınmaya bilər. Sadəcə təklif edilən oyunçular sırasında idi. Məmnuniyyətlə onun komandaya qoşulmasını istədik. Yaxşı futbolçudur. Düşünürəm ki, əvvəlki kimi effektli oynaya biləcək. Ümid edək ki, komandaya güc qatacaq. Digər mövqeyə gəlincə, oyunçu xətrinə oyunçu götürmək fikrimiz yoxdur. İstədiyimiz tipdə futbolçu olmalıdır ki, üzərində dayanaq. Hələ ki, variant yoxdur. Transfer pəncərəsi bağlanana qədər axtarışlarımız davam edir”.

Fasilədə heyətdən göndərilən Omar Haninin ayrılığına isə mütəxəssisin reaksiyası belə olub:

"Omar Hani ilə sağollaşdıq. Qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Oyunu qane edirdi, belə olmasaydı, üç il komandada oynamazdı. Sadəcə, ona yaxşı təklif gəldi və qarşısını kəsmək istəmədik”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"