VƏD ETDİ: "Daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik"

16 Yanvar 2024 01:50 Qəbələ 777
VƏD ETDİ: "Daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik"

“Mövsümün ikinci yarısının hazırlıq prosesinə yanvarın 4-də start vermişdik.

Təlim-məşq toplanışı əvvəlcədən planlaşdırdığımız proqram üzrə keçdi. İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Öncədən nəzərdə tutduğumuz kimi iki yoxlama oyununa çıxdıq. Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq.

Toplanışın gedişindən razı qaldım. Bu hazırlığın nəticəsini mövsümün ikinci yarısında görə biləcəyik.

Komandamızın potensialı var. Düşünürəm ki, daha yaxşı və daha iddialı “

Qəbələ” görəcəyik. Keçirdiyimiz yoxlama oyunlarında gənc futbolçulara şans verdim.

Onların çıxışından razı qaldım. Bu oyunçular gələcəkdə komandamıza əlavə güc qatacaq” - deyə o bildirib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA