"Qəbələ"yə qayıtdı, Misir millisinə qol vurdu - VİDEO

15 Yanvar 01:20 Qəbələ 523
"Qəbələ"yə qayıtdı, Misir millisinə qol vurdu - VİDEO

"Qəbələ"nin yeni transferi Klesio Bauk Mozambik millisində qol vurub.

Sportinfo.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun B qrupunun ilk turunda Misirə qarşı matçda fərqlənib.

29 yaşlı hücumçu 58-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Misir heç-heçə qolunu 90+7-ci dəqiqədə penaltidən vurub.

K.Bauk 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

B qrupunun Qana-Kape Verde görüşü 00:00-da başlayıb.

"Qəbələ" bu ay Klesio Baukla 2,5 illik müqavilə imzalayıb.

Misir - Mozambik - 2:2
Qollar:
Mohamed, 2 (1:0), Quembo, 55 (1:1), Bauk, 59 (1:2), Salah, 90+7pen. (2:2)

Digər Xəbərlər
Xəbər Lenti