Dabonun qayıdış xəbərinə "Qəbələ"dən SƏRT REAKSİYA

13 Yanvar 22:20 Qəbələ 2 511
Dabonun qayıdış xəbərinə "Qəbələ"dən SƏRT REAKSİYA

“Qəbələ” mənə çörək verib, gözəl günlər yaşadıb. Yaxşı günlərdə komandada olmuşamsa, çətin günlərdə də pulsuz oynayaram, amma hələ ki, soruşan və ya təklif edən olmayıb”.

Bu fikirləri bir neçə gün əvvəl Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin sabiq forvardı Baqali Dabo dilə gətirmişdi.

Forvardın fikirləri “Qırmızı qaralar”ın düşərgəsində xoş qarşılanmayıb.

Belə ki, bölgə klubunun azarkeşləri sosial şəbəkə hesablarından yazılan rəylərdə Dabonu hətta pulsuz oynamaq müqabilində belə klubda görmək istəmədiklərini dilə gətiriblər:

“Bzi səni istəmirik”.

“Əgər çıxış yolumuz bu adamdadısa, Xalayla xoşdu bizim üçün”,

“Geri gəlmə”.

“Biz Xalayladan belə razıyıq. Səni isə istəmirik!”.

“Deyəsən, buradan necə ayrıldığını unutmamısan”.

“Hansı üzlə gəlmək istəyirsən axı?”.

“Burada sənə yer yoxdur”.

Tərəfdarların əcnəbi forvarda qarşı belə münasibəti səbəbsiz deyil.

Fransalı legionerin “Qəbələ” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatmışdı. Yay tətilində olan Dabonun yeni müqavilə imzalaması üçün təyyarə bileti belə alınmışdı.

Amma o, “Qəbələ” rəsmilərinə heç bir söz demədən “Neftçi” ilə danışıqlar aparmış və seçimini paytaxt klubunun xeyrinə etmişdi.

Görünür, fanatlar onun vəfazıslığını hələ də unutmayıblar.

2016-2018-ci illər aralığında bölgə təmsilçisinin uğurları üçün tər tökmüş Baqali 2018-ci ildən 2020-ci ilə qədər “Neftçi”də oynayıb.

O, ölkəmizdə top qovduğu 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"