"Qəbələ" yeni transferin yolunu hələ çox gözləyəcək

12 Yanvar 14:40 Qəbələ 582
"Qəbələ" yeni transferin yolunu hələ çox gözləyəcək

Uğursuz mövsüm keçirən “Qəbələ”nin qış fasiləsində əsas məqsədi yeni transferlərlə güclənməkdir.

Hələki istəklərin yolunda getdiyini demək olmaz.

Belə ki, komanda təxminən 1 həftədi hazırlığa başlasa da cəmi 1 transferlə güclənə bilib.

Omar Hani ilə yolları ayıran bölgə klubu sabiq futbolçusu Klesio Baukla anlaşıb.

“Qırmızı-qaralar” Mozambik millisinin üzvü ilə 2,5 illik müqavilə imzalayıb.

Lakin 29 yaşlı vinger sabiq komandasına hələ qoşulmayıb.

Və bunun yaxın tezlikdə baş verməsi gözlənilmir.

Çünki Bauk hazırda “Qəbələ”yə qoşulmağı yox, Fil Dişi Sahilində keçiriləcək Afrika Millətlər Liqasında iştirak etməyə hazırlaşır.

Turnir 14 yanvar tarixində start götürəcək.

Yeni transferin formasını geyindiyi Mozambik millisi Misir, Qana, Kobe Verde yığmalarının qərarlaşdığı B qrupunda yer alıb.

Qrup matçları 22 yanvar tarixində başa çatacaq. Bu isə o deməkdir ki, həmin tarixə qədər Bauk ölkəmizə gələ bilməyəcək.

Mozambik uğurlu çıxış edərsə, müddət bir qədər də uzanmış olacaq.

Qısası, afrikalının 19-cu turu buraxacağı dəqiqləşib.

Onun 20-ci turda meydana çıxması isə millisinin göstərəcəyi nəticələrdən və “Qəbələ”yə hansı formada qoşulmasından asılı olacaq.

29 yaşlı vinger 2019/20 mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub. O, Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Futbolçu karyerasına "Ferroviariu" klubunda başlayan Klesio "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18), “İstanbulspor” (2018-19), “Zirə” (2020-21), “Maritimo” (2021-23), “Maritimo B” (2021) və “Honka” (2023) klublarının şərəfini qoruyub. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidəki 46 oyunda 7 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti