Məşhur hücumçu “Qəbələ”yə pulsuz kömək etməyə hazırdır

11 Yanvar 20:00 Qəbələ 2 253
Məşhur hücumçu “Qəbələ”yə pulsuz kömək etməyə hazırdır

“Yayda Kipr klublarından biri mənə müraciət etmişdi ki, büdcəmiz aşağıdır, hər şey yaxşı olacaq, gəl bizə kömək et, razılaşmadım”.

Vaxtilə ölkəmizdə adından söz etdirən futbolçulardan olmuş Baqali Dabo Sportinfo.az-a gələcək planları barədə danışarkən maraqlı açıqlama verib.

Ötən yay “Apollon”la müqaviləsi başa çatan 35 yaşlı hücumçu hazırda işsiz olsa da, karyerasını davam etdirmək həvəsindədir. Hətta bunun üçün pulsuz oynamağa da razıdır.

Amma bu arzu bütün klublar üçün keçərli deyil. Dabo həmin jesti vaxtilə şərəfini qoruduğu komandalardan birinə edə bilər:

“Dediyim Kipr klubun parlamağımda və karyeramda heç bir rolu olmayıb. Amma söhbət “Qəbələ”dən gedirsə, bu cür təklif olsa “hə” deyərəm.

“Qəbələ” mənə çörək verib, gözəl günlər yaşadıb. Yaxşı günlərdə komandada olmuşamsa, çətin günlərdə də pulsuz oynayaram, amma hələ ki, soruşan və ya təklif edən olmayıb”.

2016-2018-ci illər aralığında bölgə təmsilçisinin uğurları üçün tər tökmüş Baqali 2018-ci ildən 2020-ci ilə qədər “Neftçi”də oynayıb.

O, ölkəmizdə top qovduğu 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"