Bu gün Premyer Liqanın autsayderləri üz-üzə gələcək

10 Yanvar 2024 13:20 Qəbələ 616
Bu gün Premyer Liqanın autsayderləri üz-üzə gələcək

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda bu gün yoxlama görüşündə üz-üzə gələcəklər.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan “Qəbələ” ilə “Kəpəz” qarşılaşacaqlar.

Qəbələ şəhər stadionunda təşkil olunacaq matç saat 14:00-da başlayacaq. Bu, hər iki komandanın hazırlıq çərçivəsində ilk sınağı olacaq.

Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA