Azərbaycan klubu rəsmən açıqladı - 4 qol vuran ərəbin getməsini

9 Yanvar 2024 11:00 Qəbələ 1 229
Azərbaycan klubu rəsmən açıqladı - 4 qol vuran ərəbin getməsini

“Qəbələ” Omar Hani ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin sentyabrından "Qəbələ"də çıxış edən iordaniyalı legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib.

Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti