Daha bir legioner Azərbaycanı birdəfəlik tərk etdi - Yollar ayrıldı

8 Yanvar 2024 19:20 Qəbələ 1 185
Daha bir legioner Azərbaycanı birdəfəlik tərk etdi - Yollar ayrıldı

“Qəbələ” Omar Hani ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” iordaniyalı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

24 yaşlı vingerin çıxışı məşqçilər heyətini qane etmədiyi üçün onunla əməkdaşlığa son qoyulub.

2021-ci ildə Kiprin APOEL komandasından “Qəbələ”yə keçən oyunçu bu mövsüm 20 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun bölgə təmsilçisi ilə müqaviləsi bu ilin yayında başa çatmalı idi.

Digər Xəbərlər
Xəbər Lenti