“Bunu bacarsaq... Gələcəklə bağlı zəmanət vermək doğru olmaz”

4 Yanvar 2024 23:20 Qəbələ 746
“Bunu bacarsaq... Gələcəklə bağlı zəmanət vermək doğru olmaz”

“İndidən gələcəklə bağlı zəmanət vermək doğru olmaz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin legioneri Eyyub Allaş deyib.

“Qəbələ” 18 tura 14 xal toplayıb və 2023-cü ili turnir cədvəlinin son pilləsində başa vurub.

Belçika vətəndaşlığı daşıyan mərakeşli yarımmüdafiəçi çempionatın əsas mərhələsinin hələ irəlidə olduğunu, ruhdan düşmədiklərini bildirib:

“Qarşıda bütün komandaları çətin oyunlar gözləyir. Bizə də qələbələr lazımdır.

Bunu bacarsaq, əminəm ki, davamı gələcək. Sona qədər mübarizə aparacağıq”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA