Fransalı Azərbaycan klubunun baş məşqçisinə eyham vurdu ki…

2 Yanvar 2024 21:20 Qəbələ 906
Fransalı Azərbaycan klubunun baş məşqçisinə eyham vurdu ki…

“Mənim üçün hansı mövqedə oynamağın fərqi yoxdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin fransalı legioneri Bilel Auaşeriya deyib.

1994-cü il təvəllüdlü vinger “Turan Tovuz”a qarşı matçda nominal hücumçu kimi oynadığını və het-trik müəllifi olduğunu xatırladıb:

“Bəli, 3 qol vurdum, amma oyun epizodlarında heç də yaxşı deyildim. Əlbəttə, qol vurmaq adımın hallanmasına səbəb olur.

Ancaq ayrı-ayrı epizodlara baxanda çatışmazlıqları görmək mümkündür. Baş məşqçi harada şans verirsə, orada oynayıram.

Məsələn, “Səbail”lə qarşılaşmanın son 10-15 dəqiqəsində “10 nömrə” funksiyasını yerinə yetirirdim. Sadəcə, hücumda çıxış edəndə daha rahat oluram, daha çox boş zona qazanıram“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA