Azərbaycanda komanda intizamsız legionerə 4000 manatlıq cəza kəsdi

30 Dekabr 2023 17:40 Qəbələ 482
Azərbaycanda komanda intizamsız legionerə 4000 manatlıq cəza kəsdi

"Qəbələ"nin yarımmüdafiəçisi Samuel Tetteh sərt cəza alıb.

Qanalı legionerin Premyer Liqanın 17-ci turunda "Səbail"lə matçın (0:3) 35-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alması ona baha başa gəlib.

Belə ki, baş məşqçi Elmar Baxşıyevin raportu əsasında 27 yaşlı vingerə pul cəzası kəsilib.

Söhbət təxminən 4000 manatlıq məbləğdən gedir.

Mövsümün əvvəli heyətə cəlb olunan Tetteh "qırmızı qara" formada meydana çıxdığı 13 oyunda 2 qol, 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"