Klub rəhbəri iki transferə "OK" verdi

30 Dekabr 2023 21:00 Qəbələ 1 146
Klub rəhbəri iki transferə "OK" verdi

Mövsümün birinci yarısını uğursuz keçirən "Qəbələ"də ikinci yarı üçün ümidlər böyükdür.

Bölgə klubu heyətini gücləndirmək üçün hətta ölkə xaricində toplanış keçmək planın da ləğv etdi.

Məqsəd həmin xərcə bir yeni transferin edilməsi idi.

Amma baş məşqçi Elmar Baxşıyev rəhbərlikdən xoş xəbər alıb.

Belə ki, klub rəsmiləri bir yox, iki transferin həyata keçirilməsinə razılıq verib.

Artıq bu istiqamətdə axtarışlara start verilib.

Təcrübəli mütəxəssis təklif olunan çox sayda futbolçu arasında ən yaxşı iki futbolçunu seçəcək.

Bu, həm yerli, həm də əcnəbi futbolçu ola bilər.

18 turdan sonra aktivində cəmi 14 xalı olan "Qəbələ" qış fasiləsinə Premyer Liqanın sonuncu pilləsində yollanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"