Klub prezidenti: “Maliyyə sıxıntımız yoxdur, pulumuz vaxtında ödənilir”

29 Dekabr 2023 19:40 Qəbələ 757
Klub prezidenti: “Maliyyə sıxıntımız yoxdur, pulumuz vaxtında ödənilir”

“Klubun hazırkı maddi durumu sabitdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

O bildirib ki, maliyyə böhranı yaşadıqları barədə son vaxtlar çıxan xəbərlər həqiqəti əks etdirmir:

“Hansısa narazılıqdan söhbət gedə bilməz. Əvvəldən planlaşdırdığımız büdcə ilə gedirik.

Dövlət tərəfindən ayrılan məbləğ və sponsorlardan gələn gəlir vaxtında ödənilir. Əsas odur, maddi planda sıxıntımız yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti