“Onun acısını çəkirik” – “Qəbələ”nin fransızı avrokuboklara vəsiqə barədə danışdı

28 Dekabr 2023 23:00 Qəbələ 389
“Onun acısını çəkirik” – “Qəbələ”nin fransızı avrokuboklara vəsiqə barədə danışdı

Ötən mövsüm ölkə kubokunu qazanaraq avrokuboklarda iştirak imkanı qazanan “Qəbələ” cari futbol ilində özünə bənzəmir.

Yayda “Omoniya”ya uduzaraq Avropa Konfrans Liqasında mübarizəni erkən dayandıran bölgə təmsilçisi Premyer Liqada iddialılardan uzaq düşüb.

“Qırmızı-qaralar” 18 matçda 4 qələbə qazanıb, 2 dəfə heç-heçə oynamaqla topladığı 14 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

“Qəbələ”ni avrokuboklara vəsiqə verən 3-4-cü pillələrdən 13-14 xal ayırır.

Maraqlıdır, çempionatın ikinci yarısında fərqi aradan qaldırmaq mümkün olacaq? Uğurlu çıxışla mövsümü ən pis halda ilk “5-lik”də başa vurmaq olar?

Komandanın aparıcı futbolçularından fransalı vinger Bilel Auaşeriya Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı danışıb:

“Sabah”ı udmağımız bütün problemləri həll etməyimiz anlamına gəlməməlidir. Qələbə qazandıq, amma yenə də sonuncuyuq.

Çünki öncəki oyunlarda yersiz xallar itirmişik və bu gün onun acısını çəkirik. Avrokuboklara vəsiqə qazanmaq üçün bütün matçlarda qalib gəlib, rəqiblərin xal itirməsinə ümid etməliyik.

Bunun üçün qışdakı təlim-məşq toplanışında daha çox çalışmalıyıq ki, yeni ildə inamlı görünək”.

Əlcəzair əsilli fransalı futbolçu cari mövsümdə meydana çıxdığı 18 oyunda 4 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"