"Qəbələ"nin planı açıqlandı

28 Dekabr 2023 01:00 Qəbələ 310
"Qəbələ"nin planı açıqlandı

“Qəbələ”nin 2023-2024-cü illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

“Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komanda 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq.

Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti