Görün, nə deyir: “Yatağa girəndə gözlər də rahat bağlanır”

26 Dekabr 2023 23:00 Qəbələ 411
Görün, nə deyir: “Yatağa girəndə gözlər də rahat bağlanır”

“Qəbələ” Premyer Liqada ardıcıl 3 oyun 0:3 hesablı məğlubiyyətlərə son qoydu.

Bölgə təmsilçisi gərgin keçən görüşdə favorit göstərilən “Sabah”ı məğlub etməyi bacardı – 1:0.

Qarşılaşmadan sonra komandanın əsas futbolçularından olan fransalı yarımmüdafiəçi Bilel Auaşeriya Sportinfo.az-a müsahibə verib.

- Bu qələbədən sonra təyyarədə rahat yata biləcəksən?

- Təyyarə uçuşum səhər saatlarındadır. Bu gecəni evdə yatacam. Çəkdiyimiz əziyyət yerdə qalmadı və çox vacib qələbə qazandıq. Bu cür sevinclə yatağa girəndə gözlər də rahat bağlanır.

- “Qarabağ”, “Kəpəz” və “Səbail”ə 0:3 hesabı ilə uduzan “Qəbələ” “Sabah”ı udmaq üçün nə etdi?

- Komanda şəklində döyüşəndə və daha çox əziyyət çəkəndə qalib gəlmək mümkündür. Ardıcıl məğlubiyyətlər biz futbolçuları çox məyus edirdi. Meydana “daha bəsdir” fikri ilə çıxmışdıq. Canımızı, ruhumuzu, əzmkarlığımızı ortaya qoyub hədəfə çatdıq.

- Bunu əvvəlki oyunlardan niyə etmirdiniz?

- Bir məğlubiyyət olanda, sanki psixoloji cəhətdən növbəti matça hazırlaşmaq çətin olur. Düşünürsək ki, birdən bu oyunu da uduzsaq, nə olar. Ehtiyatlanırıq və sonluq xoş olmur. Amma nəticəyə fikir verməyib döyüşəndə istədiyimiz nəticə əldə olunur.

- “Sabah”la qarşılaşmada əsas heyətdə bəzi dəyişikliklər olmuşdu. Qələbədə bu amilin də rolu oldu?

- Deməzdim. Komanda 11 yox, 20-25 futbolçudan ibarətdir. Və onların hər biri və ya hər birimiz kollektiv üçün önəmliyik. “Sabah”a qarşı kim oynasaydı, meydanda canını qoyacaqdı. Çünki motivasiya yüksək səviyyədə idi. Ona görə də qələbəni təkcə 11 nəfərin adına yazmaq doğru deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"