Pis gündə komandasının xilaskarı olan müdafiəçi vəd verdi ki… VİDEO

2 Yanvar 2024 15:15 Qəbələ 761
Pis gündə komandasının xilaskarı olan müdafiəçi  vəd verdi ki… VİDEO

Uğursuz mövsüm keçirən “Qəbələ” qış fasiləsinə uğurlu nəticə ilə yollana bildi.

Bölgə klubu ilin son matçında “Sabah”ın məğlub etdi.

Doğma meydanda keçirilən matçın qəhrəmanı Murad Musayev oldu.

Belə ki, məhz "28 nömrə"nin 45+2-ci dəqiqədə başla vurduğu qol oyunda yeganə oldu.

Qələbə qolunun müəllifi final fitindən sonra azarkeşlərə yaxınlaşıb, dediyi sözlərlə daha daha çox yadda qaldı.

Təcrübəli futbolçu komandasının çətin günündə liderliyi üzərinə götürərək vacib qələbə qazandırdığı kimi, tərəfdarlara hava-su kimi lazım olan vədi də verib – Biz burdayıqsa, siz narahat olmayın.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA