Baş məşqçidən səhv qərar - Cəzasını çəkəcək, əli heç yana çatmayacaq

23 Dekabr 2023 10:40 Qəbələ 553
Baş məşqçidən səhv qərar - Cəzasını çəkəcək, əli heç yana çatmayacaq

27 aydan sonra «Qəbələ» istəyinə çatdı.

Axır üç turda qapısında 3 qol görərək meydanı məğlub tərk edən «Qəbələ» bu dəfə «Sabah»a qalib gələ bildi.

Final fitinin ardından bütün gözlər yenə Elmar Baxşıyevə dikilmişdi. Ki, görən, o, indi nə söyləyəcək, gələcəyi ilə bağlı yekun qərarını açıqlayacaq?

Baş məşqçi ondan gözləniləni etmədi. Təəssüflər olsun!

Qalacağını söylədi. Fikrini də belə əsaslandırmağa çalışdı ki, burada görəcəyi işlər var hələ, yarımçıq papaqçı/palançı olmaq istəmir.

Yanlış qərardır. O, 4-5 ildir «Qəbələ»nin əsas komandasını çalışdırır və missiyasını aylar öncə, yayın əvvəlində bitirib.

Ondan bəri burada işi yoxdur

Baxşıyevin. Adam özünü aldadır birinci. Mən artıq bu qənaətdəyəm.

2023-cü ilə qələbə ilə «sağ ol» demək yaxşı oldu. «Qəbələ»yə də 3 xalla vida etsəydi, daha əla olardı.

Ona heç kim zəmanət vermir və verə də bilməz ki, 2024-cü il üzünə güləcək. Bunu ən əvvəl klubun rəhbərliyi istəməlidir.

Futbolun hesabına özlərinə hər cür şərait qurmuş idarəçilərin Baxşıyevə baxışının dəyişəcəyinə, həqiqi mənada arxasında dayanacağına gümanım sıfırdır.

«Sabah» üzərində qələbə ötəridir. Bu 3 xalın istisinə qızınıb, gələcəyini yenə burada görmək Elmar Baxşıyevin strateji səhvidir.

Cəzasını çəkəcək. Onda da gec olacaq, əli heç yana çatmayacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"