"Bu, media üçün təəccüblü ola bilər, bizim üçün təəccüblü deyil"

22 Dekabr 2023 19:10 Qəbələ 418
"Bu, media üçün təəccüblü ola bilər, bizim üçün təəccüblü deyil"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jsualları cavablandırıb:

- Maraqlı oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Komandamı təbrik edirəm. Bizim üçün qələbə önəmli idi. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmaq sevindiricidir. Ümid edirəm ki, üçüncü dövrədə daha yaxşı olacağıq.

- Fasilədə nələr etməyi planlaşdırırsınız?

- Planımız Antalyaya getmək idi. Amma düşündük ki, Qəbələdə qalaq. Hazırlığımızı burada keçəcəyik.

- Dünən klub prezidenti Fariz Nəcəfov komandanın məşqində iştirak etdi. Bunun oyununuza təsiri necə oldu?

- Fariz müəllim tək dünən yox, hər həftə komanda ilə görüşür. Bu, media üçün təəccüblü ola bilər, bizim üçün təəccüblü deyil. Biz onu həmişə görürük və hiss edirik.

- Türkiyə səfərindən vaz keçməyiniz turnir cədvəlindəki mövqeyinizlə bağlıdır?

- Xeyr. Mənim tərəfimdən belə təklif oldu ki, Türkiyə səfirinin əvəzinə imkan olduqca yeni oyunçu ilə güclənək.

- "Qəbələ" ilin ilk yarısında çox uğurlu oldu, ikinci yarısında isə komanda çempionatın autsayderidir. Bu fərqin səbəbi nədir?

- Enişləri biz də təxmin edirdik. 10 nəfər komandadan ayrıldı. Ötənilki heyətimiz üç ilə formalaşmışdı. Bütün oyunçular bir-birinə adaptasiya olmuşdu. Bu komanda yenidir. Stabillik çatmır. Komandanın yığılmasından dörd ay keçib. Az müddətdir. Hiss edirik ki, komanda getdikcə daha sanballı oynamağa çalışır. Bəzi mövqeləri gücləndirə bilsək, daha da iddialı ola bilərik.

- Neçə transfer olacaq?

- Burada açıqlamaq istəmirəm. Hər mövqedə rəqabət olmasını istəyirəm. Sevindirici hal odur ki, bu il Nicatı qazandıq. Heç kimin tanımadığı futbolçu idi. Biz oyunçu nəzərimizdə var. Düşünürəm ki, iki futbolçu olsa, daha yaxşı olar.

- Hücumçudur?

- Həm hücum, həm müdafiə xəttinə.

- Heyətdə bəzi dəyişikliklər etmişdiz idi. Bunun səbəbi nə idi?

- Murad Musayev də bizim inandığımız futbolçudur. Bir dönəm onda eniş hiss olunurdu. Ola bilər beynində futboldan kənar şeylər var idi. Hamıya güvənirik.

- Əlinizdə olan oyunçuları itirmək kimi narahatlığınız yoxdur?

- Keçən il həmin sıxıntını yaşadıq. Bir çox futbolçumuzun müqaviləsi iki illikdir. Qışda sözləşməsi bitən oyunçu yoxdur.

- Transfer təklifi alanlar var?

- Hansısa futbolçumuza yaxşı təklif gəlsə, klub səviyyəsində dəyərləndirməyə hazırıq.

- Milli komanda ilə adınız hallanır. Bu haqda nə düşünürsünüz?

- Milli ilə bağlı İşçi Qrupu qərar verəcək. Mənim burada olmağımın səbəbi var. Demək olar bu klubun yetirməsiyəm. Burada inkişaf edib məşqçiliyə başlamışam. Hələ ki, daha çox "Qəbələ"ni bu durumdan çıxarmaq fikrindəyəm. Qarşıda nə olacağını Allah bilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"