Premyer Liqa klubunun prezidenti SƏRT danışdı, SON sözünü AÇIQ dedi - FOTO

22 Dekabr 2023 09:40 Qəbələ 687
Premyer Liqa klubunun prezidenti SƏRT danışdı, SON sözünü AÇIQ dedi - FOTO

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov komandanın məşqində olub.

Klub rəhbəri son zamanlar uğursuz çıxış edən kollektivin üzvləri və baş məşqçi Elmar Baxşıyevlə söhbət edib.

"Qırmızı-qaralar" Azərbaycan kubokunda 1/4 finala yüksəlsə də, Premyer Liqanda sonuncu pillədədir. Komanda son 3 turda - "Qarabağ", "Kəpəz" və "Səbail"lə görüşlərin hər birində 0:3 hesabı ilə məğlub olub.

"Qəbələ" bu gün Premyer Liqanın 18-ci turunda "Sabah"la qarşılaşacaq.Bu, "qırmızı-qaralar"ın ikinci dövrədə son oyunu olacaq.

F.Nəcəfov futbolçularla söhbətində nəticələrdən narazılığını açıq söyləyib. Gedişatın qətiyyən "Qəbələ"yə yaraşmadığına, tezliklə sərt addımlar atacaqlarına, islahatların başlayacağına dair fikirlər səsləndirib.

Eyni zamanda, bildirib ki, klubun Premyer Liqada qalması üçün üzərlərinə düşən bütün işləri görəcəklər.

Prezident deyib ki, maddi-texniki baza bir qədər də gücləndiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"