Hər iki baş məşqçi dərd içində - Prinsipial oyunda əsas futbolçular olımayacaq

21 Dekabr 2023 23:40 Qəbələ 419
Hər iki baş məşqçi dərd içində - Prinsipial oyunda əsas futbolçular olımayacaq

Premyer Liqanın 18-ci turunun psinsipial qarşılaşmalarından biri Qəbələdə baş tutacaq.

Dekabrın 22-də yerli komanda “Sabah”ı qəbul edəcək.

Kollektivlərin ortaq cəhəti ötən mövsüm avrokuboklara vəsiqə qazanmasına baxmayaraq, cari birincilikdə hədəfdən uzaq düşmələridir.

“Tələbələr” 18 turdan sonra topladığı 22 xalla 7-ci, bölgə təmsilçisi 11 xalla sonuncu pillədə qərarlaşıb.

Xal yığmaq baxımından Murad Musayevin kollektivi məhsuldar görünsə də, hər ikisi qeyri-sabit təsir bağışlayır. Qış fasiləsi öncəsi əldə olunacaq mümkün qələbə qalib tərəfin kefini əməlli-başlı yüksəldəcək.

Bu yerdə qəbələlilərin çempionatın ilk yarısında məhz bu rəqibindən aldığı zərbəni unutmamalıyıq. Premyer Liqanın açılış turunda “Bank Respublika Arena”da baş tutan dueldə meydan sahibləri 5 cavabsız qolla qalib gəlmişdi.

Daha bir ortaq cəhət hər iki komandanın ilin son oyununda meydana ciddi itkilərlə çıxacağıdıq.

Meydan sahibləri cəzalı Samuel Tettehlə zədəli Zurab Oçiqavanın xidmətindən məhrumdur.

Qonaqlarda Boyan Letiçlə Vinsen Till cəzalı, Kristian Sebalyosla Davit Volkov zədəlidir.

Dekabrın 22-də keçiriləcək “Qəbələ” – “Sabah” qarşılaşması saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"