Bu kobudluğu “Qəbələ”li hücumçuya 3000 manata “oturdu”

21 Dekabr 2023 00:40 Qəbələ 866
Bu kobudluğu “Qəbələ”li hücumçuya 3000 manata “oturdu”

AFFA İntizam Komitəsi “Qəbələ”nin legioneri Samuel Tettehi 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna qanalı hücumçunun Premyer Liqanın XVII turunda “Səbail”lə keçirilən səfər görüşünün 36-cı dəqiqəsində təcavüzkar davranışa yol verməsi səbəb olub.

Rəqibə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının 2 oyunu şərti olacaq. Onun bu davranışı “Qəbələ”ni 3000 manat ziyana salıb.

“Kəpəz”lə matçın 26-cı dəqiqəsində və oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimələnib.

“Araz-Naxçıvan”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM